Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmazla görüşüb. SİA-nın verdiyi məlumata görə, türkiyəli nazir Bakıda keçirilən "ADEX 2014" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün ölkəmizə gəlib.
Əbülfəs Qarayev qonağı salamlayaraq Bakıya hər gəlişində Azərbaycanın mədəni həyatı ilə yaxından tanış olmağa təşəbbüs göstərdiyi üçün ona təşəkkürünü bildirib. İsmət Yılmazın Türkiyədə keçirilən Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlərlə də maraqlandığını, bu tədbirlərdə iştirak etdiyini deyən nazir bildirdi ki, bu diqqət bizim üçün böyük önəm daşıyır.
Öz növbəsində İsmət Yılmaz ölkəmizə səfərləri zamanı gördüyü səmimiyyət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək bu görüşlərin Azərbaycan və Türkiyə arasında dostluğun, qardaşlığın nümunəsi olduğunu vurğulayıb. İsmət Yılmaz ölkəmizə budəfəki səfərinin də uğurlu keçdiyini, Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Əliyevlə görüşündən məmnunluğunu bildirib. Qeyd etdi ki, Azərbaycan və Türkiyə hər zaman bir millət - iki dövlət olaraq qarşılandığı kimi, bütün beynəlxalq tədbirlərdə də qardaş dövlətlər olaraq iştirak etməlidir. Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB