Oya Ergün mükafatlandırılıb

Türkiyənin Azərbaycanda yaşayıb fəaliyyət göstərən tanınmış opera ifaçısı Oya Ergün ölməz sənətkarımız Rəşid Behbudovun mahnılarıdan ibarət hazırladığı "Sevgilim" albomuna görə mükafatlandırılıb. SİA-nın verdiyi məlumata görə, O.Ergün Azərbaycanda "Show production"un "İlin favoriti" mükafatına layiq görülüb.

Qeyd edək ki, tanınmış opera ifaçısının Rəşid Behbudovun mahnılarından ibarət albomu Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə