Yan Ola Sand və Sitse Bakker “Wiener Stadthalle” arenasında olublar
"Eurovision" mahnı müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand və təşkilati məsələlər üzrə rəhbəri Sitse Bakker Vyanada müsabiqənin keçiriləcəyi "Wiener Stadthalle" arenasında olublar. SİA-nın müsabiqənin rəsmi saytına istinadənh xəbər verir ki, təşkilatçılar arenanın "Eurovision-2015" yarışmasının keçiriləcəyi məkan kimi çox yaxşı seçim olduğunu bildiriblər. Onlar bunu ərazinin nəqliyyatın intensiv hərəkəti baxımından əlverişli, eləcə də şəhərin mərkəzində yerləşən əksər otellərə yaxın olması ilə izah ediblər.
Diqqətə çatdırılıb ki, Vyana özünün böyük mədəniyyəti, incəsənəti və kulinariya inciləri ilə Avropanın iri mərkəzlərindən biridir. "Eurovision-2015" mahnı müsabiqəsi burada uğurla reallaşacaq. Müsabiqənin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB