Qəbulun vaxtı dəyişib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin avqust ayının 8-də Qusar rayonunda keçirilməsi nəzərdə tutulan qəbulu avqustun 29-na keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə