Ötən mövsüm Mingəçevir Dövlət Dram Teatrı üçün də yaddaqalan olub. Teatr mövsümə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Ər və arvad" musiqili tamaşası ilə yekun vurub. Xalq Artisti Vaqif Əsədovun quruluş verdiyi tamaşanı sənətsevərlər maraqla qarşılayıb.
Teatrdan bildiriblər ki, hazırda sənət ocağında Xalq Artisti Zülfüqar Abbasovun quruluşunda yazıçı Arif Mədətovun "Aylı gecə" əsəri əsasında eyniadlı tamaşa hazırlanır.
Daxili imkanlar hesabına hazırlanan Seyfəddin Dağlının "Oyun bitdi" tamaşası üzərində də işlər artıq yekunlaşmaq üzrədir. Teatrın truppa rəhbəri Elşən Məmmədovun quruluşunda hazırlanan bu tamaşa teatrsevərlərə yeni mövsümdə təqdim olunacaq.
Teatr yeni mövsümü sentyabrın 16-da "Ər və arvad" komediyası ilə açacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB