Lənkəranda əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə konsert təşkil olunub FOTOLAR
Turizm mövsümünün başlaması və yay mövsümündə əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə Lənkəran rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən rayondakı Həzi Aslanov Parkında konsert proqramı təqdim olunub. SİA-nın məlumatına görə, konsertdə Girdəni diyarşünaslıq evinin rəqs kollektivi milli və müasir rəqslər təqdim edib. Şağlaser kənd folklor evinin, Aşağı Nüvədi sənətkarlıq evinin, Parakənd kənd sənətkarlıq klubunun özfəaliyyət kollektivlərinin, yerli sənət ustalarının ifasında mahnılar səsləndirilib. Bu səpkidə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB