Amaliya Pənahova: “Azərbaycanda yaxşı rejissor yox səviyyəsindədir”
Bu gün "Qadın oyunları" tamaşasının premyerası ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda xalq artisti Amaliya Pənahova Azərbaycanda işini bilən peşəkar rejissorların olmadığından gileylənib: "Korifey rejissorlarımız dünyasını dəyişəndən sonra onların yerinə 2-3 rejissor gəldi. Onlar da nəyinsə xətrinə işlərini yola verdilər. Elə gənc rejissorlarımız oldu ki, onlara yardım olunmadı və onlar yerlərində addımlaya-addımla öz qazanlarında bişməyə başladılar. Rejissorlarımızın bilik səviyyəsi, dünya görüşü məni qane etmir. Rejissorlarımız fəaliyyətlərini genişləndirməlidirlər və bu sahədə təhsillərini artırmalıdırlar. Xaricə gedib dünya rejissorlarının işləri ilə maraqlanmalıdırlar. Doğrudur ki, indi internet vasitəsi ilə hər şeyi əlinin altında saxlaya bilərsən. Amma rejissorlar bunları sırf əyani şəkildə mənimsəməlidirlər. Azərbaycanda yaxşı rejissor yox səviyyəsindədir. Rejissorlar öz bilikləri ilə hər zaman aktyordan bir addım öndə olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB