Rusiyalı artistlər Dövlət Musiqili Teatrın səhnəsində çıxış edəcəklər
Rusiya Federasiyasının xalq artistləri Valentin Qaft və Olqa Ostroumova Bakıya gələcəklər. Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 17-18-nə planlaşdırılan səfərin məqsədi tanınmış sənətçilərin yaradıcılıq gecəsinin keçirilməsidir.
Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində keçiriləcək gecədə, tamaşaçıları həcv və mahnılar, tanınmış aktyorların şəxsi həyatlarından hekayələr və yaradıcılıq planları barədə maraqlı söhbətlər gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB