Azərbaycan Norveçdə mədəniyyət festivalında təmsil olunacaq

Azərbaycan Norveçdə mədəniyyət festivalında təmsil olunacaq

Azərbaycan Norveçdə mədəniyyət festivalında təmsil olunacaqdır. İyunun 21-22-də Osloda Sagene Beynəlxalq Mədəniyyət Festivalinda müxtəlif ölkələrin nümayəndələri qonaqlara və tədbir iştirakçılarına öz mədəniyyətini, milli musiqisini, incəsənətini, geyim və mətbəxlərini nümayiş etdirəcəklər.

Budəfəki festivalda Norveçin 16 gənclər təşkilatı iştirak edəcəkdir. Azərbaycanı festivalda Norveçin Azərbaycanlı Gənclər Təşkilatı – NAYO təmsil edəcəkdir.

Festivalda ölkəmizin mədəniyyəti və adət-ənənələri, turizm potensialı barədə geniş proqram təqdim olunacaqdır.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə tədbirdə Azərbaycandan 8 musiqiçi və rəqqas iştirak edəcəkdir.

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan kitabları sərgisi açılacaq, "Azərbaycan – Odlar Yurdu" adlı konsert olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə