Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə Abbas Səhhətin "Vətən" adlı uşaq şeirlər kitabı çapdan çıxıb. SİA-nın məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun birgə layihəsi olan və nəfis tərtibatla çapdan çıxmış kitab Abbas Səhhətin anadan olmasının 140 illiyinə həsr edilib.
Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı 38 şeiri və Maksim Qorkidən etdiyi bir tərcümə yer alıb. Şeirlərdə olan bəzi sözlərin uşaqlar tərəfindən başa düşülməsi üçün onların izahları da verilib.
Qeyd edək ki, "Vətən" kitabı kiçik və orta yaşlı məktəblilər üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB