İyunun 3-də "Baku Creative Center" yaradıcılıq mərkəzinin təşkilatçılığı və "Garant Holding"in direktorlar şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə "Göy qurşağı" xeyriyyə sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təşkil ediləcək sərgidə fiziki və əqli cəhətdən qüsurlu uşaqların əl işlərindən ibarət ekspozisiya təqdim olunacaq. Ekspozisiyada yağlı və sulu boya texnikalarında icra olunmuş rəsmlərdən əlavə, dekorativ tətbiqi sənət nümunələri də yer alacaq.
Sərgidə uşaq evləri və təşkilatlarla yanaşı, heç bir quruma aid olmayan, müstəqil şəkildə fəaliyyət göstərən əlil uşaqların işləri də sərgilənəcək.
Ümumilikdə, ekspozisiyada 30-dan çox gənc istedadın 50-yə yaxın işi nümayiş etdiriləcək. Qeyd etmək lazımdır ki, sərginin gedişində satış da təşkil olunacaq.
Qeyd edək ki, "Göy qurşağı" sərgisinin keçirilməsinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan yaradıcı uşaqları dəstəkləmək, onların istedadlarını geniş auditoriyaya təqdim etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB