Rusiya solistləri “Qu gölü” baletinin tamaşasında iştirak edəcəklər
İyunun 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında cari teatr mövsümünün son tamaşalarından biri - Pyotr Çaykovskinin "Qu gölü" baletinin tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşada əsas rollarda Rusiya Akademik Böyük Teatrının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Rusiyanın xalq artisti Mariya Allaş (Odetta-Odilliya) və balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin (Şahzadə Ziqfrid) çıxış edəcəklər.
Bir çox xarici qastrol səfərlərində olan bu cütlük 2010-cu ildə İngiltərədə keçirilən beynəlxalq klassik balet festivalında "Qu gölü" baletinin tamaşasında Odetta-Odilliya və Şahzadə Ziqfrid rollarının ən yaxşı ifaçıları üçün nəzərdə tutulmuş xüsusi mükafata layiq görülüblər.
Qeyd edək ki, tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB