Tanınmış alim, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyevanın əcnəbi tələbələr üçün "Azərbaycan ədəbiyyatından mühazirə mətnləri" adlı dərs vəsaiti işıq üzü görüb. SİA-nın məlumatına görə, "Təhsil" nəşriyyatında nəfis tərtibatla çap olunan kitabın redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əliyar Səfərli, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya üzrə elmlər doktoru, professor Himalay Qasımov və filologiya üzrə elmlər doktoru, professor Aydın Abıyev.
Azərbaycan ali təhsil oacaqlarının hazırlıq bölməsi və bakalavr pilləsində təhsil alan əcnəbi tələbələr üçün nəzərdə tutulan bu kitabda Azərbaycan ədəbiyyatının qədim dövrdən bu günümüzədək keçdiyi ədəbi-tarixi mərhələlərdən, o cümlədən Azərbaycan bədii düşüncəsinin görkəmli nümayəndələrinin həyatı, mühiti və yaradıcılığından bəhs edir.
Dünyanın ən qədim və zəngin bədii sərvəti olan Azərbaycan ədəbiyyatı bütün dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan xalqının misilsiz bədii sərvətidir. Xalqımızın kimliyini tanıtmaq üçün orta və ali məktəblərdə, xüsusilə universitetlərdə təhsil alan əcnəbi tələbələrə Azərbaycan ədəbiyyatı tədris olunur. Təqdim olunan bu kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, eləcə də digər univeristetlərin hazırlıq bölməsi və bakalavr pilləsində təhsil alan əcnəbi tələbələr üçün nəzərdə tutulub. Belə dərsliyin ərsəyə gəlməsi bir neçə zərurətlə bağlıdır: birincisi, əldə olan dərsliklər, əsasən, filologiya, jurnalistika və s. fakültələr üçün nəzərdə tutulub; ikincisi, müvafiq və uyğunlaşdırılmış dərslik olamadığından tələbələr müxtəlif təşkilatların abituriyent hazırlığı üçün çap etdirdikləri səhvlərlə dolu səthi vəsaitlərdən istifadə edirlər. Bu isə istər-istəməz xalqımızın mənəviyyat pasportu olan ədəbiyyat tariximizin təhrif olunmasına, təhsilin səviyyəsinin aşağı düşməsinə səbəb olur, millətin təhsilinə zərbə vurur. Təqdim olunan bu kitab hazırda mövcud olan belə bir vəziyyətin aradan qaldırılması işinə xidmət edir.
XIX əsrin əvəllərinə qədər Azərbaycan ədəbiyyatı Yaxın Şərq xalqları və Orta əsrlər üçün müştərək xüsusiyyətlərə malik olub. Bu baxımdan əsas kontingenti türklərdən ibarət dünyabi təlabatlar üçün nəzərdə tutulan dərlikdə orta əsrlər ədəbiyyatına, cərəyanlara və şəxsiyyətlərə geniş yer verilir. Belə ki, burada Yaxın Şərq ədəbiyyatının korifeylərinin- Xətib Təbrizi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Molla Pənah Vaqif kimi sənətkarların həyatı, mühiti və yaradıcılığı dərslikdə əsas yer tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB