İran İslam Respublikasının paytaxtı Tehranda "İran aşıqları və ədəbiyyatı" mövzusunda konfrans keçirilib. Azərbaycan Aşıqlar Birliyinin (AAB) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Tehran Bələdiyyəsinin Mədəniyyət və İncəsənət İdarəsinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanı AAB-nin katibi Musa Nəbioğlu, aşıqlardan Əməkdar Mədəniyyət İşçisi Sərdar Məmmədov, Əşrəf Təmirov, Nəbi Nağıyev və Elbrus Hüseynov təmsil ediblər.
Konfransda AAB-nin mətbuat xidmətinin rəhbəri Musa Nəbioğlunun məruzəsi və aşıqlarımızın ifaları rəğbətlə qarşılanıb. Tədbir çərçivəsində ustad aşıq Səlcuq Şəhbazinin "İran aşıqları və ədəbiyyatı" kitabının təqdimatı olub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinə konfransda uğurlu çıxışlarına görə "Təşəkkürnamə" verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB