Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin təqdimatı olub

Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri”nin təqdimatı olub

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Əməkdar Elm Xadimi, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin "Seçilmiş əsərləri"nin (5 cilddə) təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, Mili Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin ömür yolundan və bənzərsiz yaradıcılıq axtarışlarından geniş söhbət açın: "XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib".

Diqqətə çatdırılıb ki, XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə Mir Cəlal Paşayevin adı ilə bağlıdır. O, ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olub. Əlli illik yaradıcılıq fəaliyyətində o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə