Kşiştof Kaçkanın konserti olacaq

Məşhur polşalı fleytaçalan Kşiştof Kaçkanın və Azərbaycan Dövlət simli kvartetin konserti olacaq. SİA-nın məlumatına görə, konsert Polşanın Avropa Birliyində üzvlüyünün 10 illiyinə və Konstitusiya gününə həsr olunub.

Qeyd edək ki, konsert 2 may, saat 19:00-da Rəşid Behbudov adına mahnı Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə