“Mir Cəlalın aforizmləri” kitabının təqdimat mərasimi keçirilib
Bu gün Atatürk Mərkəzində görkəmli alim, pedaqoq və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 106-cı ildönümünə həsr edilmiş "dəyirmi masa" və "Mir Cəlalın aforizmləri" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsi və "Müəllim sözü" qəzetinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Tədbirdə Mir Cəlal Paşayevin müəllim, yazıçı, şəxsiyyət kimi keyfiyyətlərindən söhbət açılıb. Yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilərək bildirilib ki, o, örnək olmağa layiq insandır. Həmçinin "Mir Cəlalın aforizmləri" kitabının hazırlanması yüksək qiymətləndirilərək qeyd edilib ki, bu aforizmlər həyat məktəbinin məhsuludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB