Həsən Həsənovun “Qız Qalası” kitabı təqdim edildi FOTOLAR

Həsən Həsənovun “Qız Qalası” kitabı təqdim edildi FOTOLAR

Bu gün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində tarix elmləri doktoru Həsən Həsənovun "Qız Qalası" ("Бакинская Девичья Башня. Языческий Комплекс Баку") kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, təqdimat mərasimində bir sıra dövlət orqanlarının əməkdaşları, alimlər, media nümayəndələri, habelə İdarənin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İdarə rəisi Samir Nuriyev İçəri Şəhərin tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə ötürülməsində burada həyata keçirilən məqsədyönlü tədbirlər ilə yanaşı elmi araşdırmaların da önəmli olduğunu vurğulayıb. Bu işin gələcəkdə ardıcıl davam etdirilməsinin İçəri Şəhərdə yerləşən abidələr, eləcə də Qız qalası haqqında faktların dəqiqləşdirilməsində, müəyyən əsaslara malik məlumatların formalaşmasında əvəzsiz rola malik olacağını bildirib. İdarə rəisi İçəri Şəhərdə həyata keçirilən müxtəlif istiqamətli elmi araşdırmaların yüksək qiymətləndirildiyini və buna "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyini də qeyd edib.

Daha sonra çıxış edən müəllif Həsən Həsənov kitab və ümumilikdə araşdırma haqqında məlumat verib. İki hissədən ibarət olan kitab Qız qalası haqqında ilk kompleks tədqiqat hesab olunur. Əsərdə Qız qalasının bir sıra sirlərinin açılmasında yardımcı olacaq əsaslandırılmış faktlar öz əksini tapır. Müəllif bu kitabın yaxın gələcəkdə bir sıra araşdırmalara stimul olacağına inandığını bildirib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə çap olunmuş əsərə AMEA Memarlıq və İncəsənət, Tarix və Dilçilik İnstitutlarının nümayəndələrindən ibarət yerli və xarici alimlər heyəti rəy veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə