4 aprel tarixində Əhmədlidə 11 nömrəli marşrutda yıxılaraq bel nahiyəsindən ciddi zədə alan xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti yaxşılaşmağa doğru gedir. Bu barədə SİA-ya 3 saylı Şəhər Klinik Xəstəxanasının Travmatologiya şöbəsindən məlumat verilib.
Hazırda vəziyyəti normal olan xalq artistinin müalicəsi davam etdirilir: "Xalq artisti özünü normal hiss edir. Müalicə davam etdirilir. Amma hələlik yataq şəraitindədir, ayağa durmasına icazə verilmir. Müalicəsi bir neçə gün də davam edəndən sonra sərbəst gəzə biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB