Azərbaycan Beynəlxalq Platonov incəsənət festivalında təmsil olunacaq
İyunun 5-dən 15-dək Rusiya Federasiyasının Voronej şəhərində Beynəlxalq Platonov incəsənət festivalı keçiriləcək. SİA-nın məlumatına görə, iyunun 7-də xalq artisti Alim Qasımov və ansamblı Voronejin bu festivalın "Dünya musiqisi" proqramı çərçivəsində Opera və Balet Teatrında çıxış edəcək.
Xanəndənin və ansamblının ifasında voronejlilər və festivalın qonaqları muğam janrı ilə daha yaxından tanış olacaqlar.
Qeyd edək ki, Beynəlxalq Platonov incəsənət festivalı 2011-ci ildən Rusiya Federasiyasının Voronej vilayəti qubernatorunun bilavasitə himayəsi altında keçirilir və böyük rus yazıçısı Andrey Platonovun adını daşıyır. Festival musiqi, teatr, təsviri incəsənət və ədəbiyyat istiqamətlərində keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB