Görkəmli kinooperatorun 95 illik yubileyi qeyd ediləcək

Görkəmli kinooperatorun 95 illik yubileyi qeyd ediləcək

Martın 19-da Azərbaycan Dövlət Film Fondunda görkəmli kinooperator Xan Babayevin 95 illik yubileyi qeyd ediləcək. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilati dəstəyi ilə keçiriləcək.

Qeyd edək ki, tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, operator kimi quruluş verdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə