ADU və Hacettepe Universiteti arasında niyyət protokolu imzalandı FOTOLAR
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Türkiyənin Hacəttəpə Universitetinin və Fransanın Strasburq Universitetinin nümayəndələrini qəbul edib. SİA-nın məlumatına görə, mərasimdə Dillər Universitetinin rektoru Səməd Seyidov, Strasburq Universitetinin nümayəndəsi Ekart Hötzel, Türkiyənin Hacettepe Universitetinin nümayəndəsi Alper Altay, müəllimlər, tələbələr, media nümayəndələri və başqaları iştirak ediblər.
İlk olaraq Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Səməd Seyidov qonaqları salamlayaraq onları ADU-da görməkdən məmnunluğunu bildirib: "Bu müqavilə ADU-nun Strasburq və Hacettepe Universitetləri ilə əlaqələrinin hərtərəfli və uzunmüddətli əlaqələrin qurulması məqsədini daşıyır. Həmçinin universitetin üçtərəfli əlaqələri qurmaqla Azərbaycan təhsil sisteminə yeni bir ideya və məzmun gətirir. Fransanın Azərbaycandakı səfirliyinin ADU-nun Fransa universitetləri ilə əlaqələrinə hər zaman dəstək verəcək və əməkdaşlığımızı davam etdirəcəyik".
Strasburq Universitetinin nümayəndəsi Ekart Hötzel səmimi qəbula görə hər kəsə təşəkkür edib: "Bu layihənin tələbələr üçün böyük imkanlar açdıb və layihənin əsas hissəsinin onların payına düşür. Həmçinin sözügedən layihə ADU tələbələrinin biliklərinin dərinləşməsinə yardımçı olacaq.
Türkiyənin Hacettepe Universitetinin nümayəndəsi Alper Altay da, öz növbəsində, üçtərəfli həyata keçirilən ADU-Hacettepe-Strasburq universitetləri arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib: "Mən təmsil etdiyim Hacettepe Universitetində hazırda 57 azərbaycanlı tələbənin təhsil alır".
Görüşdə, həmçinin gələcək əməkdaşlıq məsələləri, layihələrin davam etdirilməsi, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.
Nəzərinizə çatdıraq ki, sonda ADU və Hacettepe Universiteti arasında Mövlana mübadilə proqramı üzrə niyyət protokolu da imzalanıb.
Qeyd edək ki, 2010-cu ilin aprel ayında Türkiyənin Hacəttəpə Universitetində bu təhsil ocağı ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokolda müəllim və professor heyətinin birgə mühazirələr və seminarlar təşkil olunması məqsədi ilə qarşılıqlı səfərlərinin təşkili, ümumi bakalavr və magistr proqramlarının hazırlanması və həyata keçirilməsi, elmi konfransların keçirilməsi, birgə elmi nəşrlərin dərc olunması nəzərdə tutulur.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB