Akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunan sərgi keçirilib

Akademik Arif Paşayevin 80 illik yubileyinə həsr olunan sərgi keçirilib

Azərbaycanın ictimai xadimi, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayevin 80 illik yubileyi münasibəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli alimin əsərlərindən, fotolarından ibarət sərgi təşkil edilib. SİA-nın məlumatına görə, sərgidə akademik Arif Paşayevin elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, elmi, elmi-təşkilati və pedoqoji fəaliyyəti haqqında qısa oçerk, elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyaların daxil olduğu və Mərkəzi Elmi Kitabxananın hazırladığı "Biblioqrafiya", həmmüəllifi olduğu "Radiaktiv və kosmik şüalar", "Bərk cisimlər fizikası", "Aeronaviqasiyada kartoqrafik proyeksiyalar", Aviasiya elektron sistemlərinin element və qurğularına aid "Elektronikanın əsasları", "Antena-Fider qurğularının hesabatı və layihələndirilməsi" kitabları nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə