İspaniyanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi ictimai seçim əsasında müəyyənləşəcək
İspaniyanın "Eurovision-2014" mahnı müsabiqəsində təmsilçisi ictimai seçim əsasında müəyyənləşəcək.
Son iki ildən fərqli olaraq bu il ölkə təmsilçisi 50 faiz telesəsvermə, bir o qədər də münsiflər heyətinin səsi əsasında müəyyənləşəcək.
Fevral ayında keçiriləcək milli seçim müsabiqəsində beş müğənni - Rut Lorentso, Corc Qonzales, Le Dama, Raul, Breket mübarizə aparacaq.
Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB