Amerikanın Aleksandriya şəhərinin məhkəməsi Renuarın oğurlanmış "Sena sahilində peyzaj" əsərini muzeyə qaytarmaq barədə qərar qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, söhbət Virciniya ştatının sakini Marta Fukuanın bit bazarında 7 dollara aldığını iddia etdiyi əsərdən gedir.
Nəzərinizə çatdıraq ki, qadın əsəri 2012-ci ilin yayında çərçivəsinə görə bit bazarından plastmass kukla ilə birlikdə 7 dollara aldığını bildirir. Sonra əsərin üzərində Renuarın və əsərin adının olduğunu görən zaman mütəxəssislərə müraciət etdiyini deyir. Ona bildiriblər ki, əsər 1879-cu ildə çəkilib.
Bəzi söhbətlərə görə, Renuar bu əsərə öz sevgilisi üçün restoranda kətan salfet üzərinə çəkib. Bundan sonra qadın əsəri "Potomack" hərrac evinin vasitəsi ilə satmağa çalışıb. Start qiyməti kimi 70-100 min dollar nəzərdə tutulub. Son anda hərrac evi satışı dayandırmalı olub.
Qeyd edək ki, jurnalistlər əsərin 17 noyabr 1951-ci ildə Baltimor incəsənət muzeyindən oğurlandığını ortaya çıxarıblar. Məsələyə Federal Təhqiqat Bürosu qarışıb. Əsərə ilkin qiymət qoymuş ekspertlər dindirmə zamanı bildiriblər ki, qadın əsərin Renuara məxsus olduğunu bilirmiş və onu əmlakla birliklə miras kimi qəbul etdiyini söyləyib. O, əsəri ən azı 1 milyon dollara satmaq istəyirmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB