İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi qeyd ediləcək

İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi qeyd ediləcək

2014-cü ilin yazında Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə görkəmli yazıçı və dramaturq, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi qeyd ediləcək.

Dövlət Film Fondundan SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları yazıçıya həsr edilmiş fotosərgi ilə tanış olacaq, onun yaradıcılıq yolu haqqında məruzələr dinləyəcək, əsərləri əsasında hazırlanmış tamaşa və filmlərdən parçalara baxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə