Bilal Əliyev Moskvaya səfər edib

Xalq artisti Bilal Əliyev Moskvaya səfər edib. SİA-nın məlumatına görə, sənətçi Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcəyini bildirib: "Mən Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş 5 bölgədə həmyerlilərimizin qarşısında çıxış edəcəm. İnşallah, hər şey istədiyimiz kimi gedər. Xeyir-duanızı məndən əsirgəməyin. Hamınızı bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm. Bütün dünyaya dostluq, qardaşlıq, əminamanlıq, bol ruzi-bərəkət, sülh içində bir həyat arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə