“Mən Azərbaycanlıyam” adlı 2-ci bədii qiraət müsabiqəsi keçirilib
Azərbaycan Dövlət Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında Dünya azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı 2-ci bədii qiraət müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, müsabiqənin əsas təşkilatçıları Hicaz Production, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Milli Konservatoriya daxilində İncəsənət Gimnazıyasıdır.
Tədbir musiqi proqramı ilə başladı. Aparıcı Elməddin Məmmədovun giriş sözü ilə açılan müsabiqənin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirildi.Yarışmanın münsiflər heyəti qismində əməkdar artist Gülşad Baxşiyeva, əməkdar artist Ağalar Bayramov,əməkdar müəllim Ənvər Vəliyev, Sevda Teymurova, əməkdar artist Yaqut Paşazadə, xaıq artisti Ramiz Əzizbəyli və gənc aktyor Əbdül Məcidli iştirak ediblər. Şagirdlər bir-birinin ardınca ölməz sənətkarların şeirlərini səsləndiriblər. Onların hər biri münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.
Ənvər Vəliyev çıxışında müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib: "Bu böyük təntənədir. Mən Azərbaycanlıyam kəlməsində böyük məntiq var. Hər kəs bu leytmotivi özü üçün uca tutmalıdır. Təşkilatçılara böyük təşəkkürümü bildirirəm".
Əməkdar artist Gülşad Baxşiyeva da müsabiqə barədə öz fikirlərini söyləyib: "Bu cür tədbirlər uşaqları dəyərləndirməyə imkan yaradır. İndiki zamanda uşaqlarda bu cür şeir duyumunun olması çox sevindirici haldır".
Ağalar Bayramov da hər kəsə təşəkkürünü bildirərək belə tədbirlərin vacibliyini vurğulayıb: "Biz hamımız poeziyanın qanadalarında böyümüşük. Məhəbbətimizi şeirlə ifadə etmişik. Bu baxımdan bu gül balalar misraları mənimsəyib səhnəyə çıxıbsa bu çox təqdirəlayiqdir".
Nəzərinizə çatdıraq ki, müsabiqənin qalibləri elan edilməzdən əvvəl bir neçə iştirakçı həvəsləndirici diplomlarla, həmçinin münsiflər heyəti və layihədə əziyyəti keçən hər bir kəs təşəkkürnamə ilə təltif olunub. Layihənin rəhbəri və Hicaz Production-un direktoru Ayaz İlham oğlu Məmmədov İncəsənət Gimnaziyasının direktoru M.Şabanbəyova tərəfindən "Böyüməkdə olan gənc nəslin nitq mədəniyyətinin formalalaşmasındakı xidmətlərinə görə" fərmanla təltif edilib.
Qeyd edək ki, "Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsində qaliblər müvafiq şəkildə müəyyən edilib.
1-ci yer 60 balla Rzayeva Zəhra
2-ci yer 58 balla Abbasov Mirböyükağa
3-cü yer isə 57 balla Səfərli Cavidan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB