Bu günün tarixi

Miladi: 18 dekabr 2013
Hicri: 14 Səfər 1435

İlin 352-ci günü
İlin sonuna 13 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:42
Günəş – 07:58
Zöhr – 12:41
Əsr – 15:20
Məğrib – 17:32
İşa – 18:54

1111 — İslam alimi imam Qəzali vəfat edib.

1412 — Qaraqoyunlu hökmdarı Qara Yusif Kür çayı sahilindəki döyüşdə Şirvanşah I İbrahim və onun müttəfiqlərini məğlub edib.

1787 — Nyu-Cersi ABŞ-ın üçüncü ştatı kimi onun tərkibinə daxil olur.

1829 — Fransız bioloq Jan Batist Lamark vəfat edib.

1878 — SSRİ lideri İosif Stalin dünyaya gəlib.

1894 — Avstriyada qadınlar seçki hüququ əldə edib.

1903 — Panama kanalı daimi olaraq ABŞ-ın nəzarəti altına keçir.

1910 — ABŞ Konqresi savadsız mühacirlərin ölkəyə gəlməsini qadağan edir.

1917 — Türkiyə və Sovet Rusiyası arasında Ərzincan müqaviləsi imzalanır.

1925 — Moskvada ÜİK(b)P-nin 14-cü qurultayı işə başlayır.

1940 — Hitler SSRİ-yə hücum barədə "Barbaros planı"nı təsdiq edir.

1946 — Beynəlxalq Valyuta Fondu (İMF) fəaliyyətə başlayır.

1953 — İlk rəngli televiziya yayımı həyata keçirilir.

1956 — Yaponiya BMT-yə üzv olub.

1963 — Amerikalı aktyor Bred Pitt anadan olub.

1969 — Böyük Britaniyada ölüm hökmü ləğv edilib.

1970 — Katolik kilsəsinin müqavimətinə baxmayaraq, İtaliya hökuməti boşanmaya icazə verən qanunu qəbul edib.

1980 — SSRİ Nazirlər Sovetinin Sədri (1964-1979) Aleksey Kosıgin vəfat edib.

1989 — Rumıniyada Nikolae Çauşesku rejiminə qarşı çıxışların etirazı amansızlıqla yatırılıb.

1997 — Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman imzalayıb.

2003 — İran nüvə silahının yayılmaması haqqında Sazişin əlavə protokolunu imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə