“Yeddi gözəl”

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyni adlı əsəri əsasında "Yeddi gözəl" tamaşası nümayiş olunacaq. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada Nizami rolunu Azərbaycanın əməkdar artisti Fuad Osmanov ifa edir. Yeddi gözəl rolunda əməkdar artist Naina İbrahimova, teatrının aktrisaları Olqa Arsentyeva, Yeganə Hüseynli, Mariya Duboviskaya, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Milana Mardaxanova, Bəhram şah rolunu isə gənc aktyor Fərid Bəhramov ifa edir.

Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru Litva Rus Dram teatrının quruluşçu rejissoru, Litva və SSRİ Dövlət mükafatı laureatı Yonas Vaytkusdur. Quruluşçu rəssam Arturas Şimonis (Litva), geyim üzrə rəssam Sandra Straukayte (Litva), musiqi tərtibatı Alqirdas Martinaytis (Litva), xoreoqrafiya Tahir Eynullayevə məxsusdur.

Qeyd edək ki, tamaşa dekabrın 19-u saat 19:00-da Rus Dram Tetarında baş tutacaq. Biletlərin qiyməti isə 11 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə