Daşkənddə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Daşkənddəki bir neçə ali məktəbin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitab sərgisinə baxış keçirilib, iştirakçılara "Görkəmli adamların həyatı" seriyasından Viktor Andriyanov və Hüseynbala Mirələmovun Daşkənddə özbək dilində çap edilmiş "Heydər Əliyev" kitabı hədiyyə olunub.
Mərasimi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov açaraq, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri Hüseyn Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, onun Azərbaycan xalqı qarşısında xidmətləri haqqında danışıb. O, Heydər Əliyevi Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin xilaskarı adlandırıb.
Azərbaycan və Özbəkistanın xalq artisti, Əlişir Nəvai adına Opera və Balet Teatrının rejissoru Firudin Səfərov Ulu Öndər haqqında xatirələrini danışıb.
Qeyd edək ki, Azərbaycanın Özbəkistandakı hərbi attaşesi Elburus Orucov, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuritdinov, Daşkənddəki "Azəri" Qadınlar Cəmiyyətinin sədri, professor Almaz Məcidova, Özbəkistanın baş kulinarı Sunnatulla Suleymanov və başqaları çıxış edərək Heydər Əliyevin xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmiş, qüdrətli dövlət xadiminin Azərbaycan və türk dünyası qarşısındakı xidmətlərindən danışmış, onun adının Azərbaycan xalqının mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB