Həsən Həsənovun "Brüseldən məktublar" əsəri əsasında səhnələşdirilən tamaşanın premyerası olacaq. SİA-nın verdiyi xəbərə görə, tamaşa "Qürbətdən gələn məktublar" adlanır. Rollarda xalq artistləri İlham Əskərov, Hacı İsmayılov, Laləzar Mustafayeva, əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Rzayeva, Əjdər Həmidov, Kazım Abdullayev, həmçinin aktyorlar Şəhla Əliqızı, Elçin Əhmədov və başqaları iştirak edirlər.
Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam İlham Elxanoğlu, musiqi tərtibatı Həmid Kazımzadəyə məxsusdur.
Qeyd edək ki, tamaşa 15 dekabr saat 12:00-da Akademik Milli Dram Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB