Ukraynanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi müəyyən ediləcək

Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində Ukraynanı təmsil edəcək ifaçı tezliklə müəyyən ediləcək. SİA-nın verdiyi xəbərə görə, "Eurovision" mahnı müsabiqəsi Ukrayna milli seçiminin final mərhələsi dekabrın 21-də keçiriləcək.

Nəzərinizə çatdıraq ki, ölkənin milli seçim müsabiqəsinə 50-dən çox müraciət olunub və onlardan 20-si isə seçilərək finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq olaraq mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə