Uzun zamandır gözlənilən İlqar Fəhminin "Aktrisa" romanı artıq ATV kanalında nümayiş olunub. Filmin geyim üzrə rəssamı və filmdə teleaparıcı oynayan modelyer-dizayner Gülnarə Xəlilova öz təəsüratlarını SİA-ya danışıb: " "Aktrisa" filmində işləmək çox maraqlı idi. Demək olar ki bütün personajların geyim müəllifi olduğum bu film mənim kino sahəsində ilk irimiqyaslı işim oldu. Filmdə bədii obrazın canlandırılması üçün, geyim çox önəmlidir. Qəhrəmanın geyimi, məlum olduğu kimi, onun hansı işə mənsub olduğunu, sosial durumunu və digər fərdi xüsusiyyətlərini ifadə edir. Onu da deyim ki, bundan əvvəl Şərif Qurbanəliyevin "Kişiləri qoruyun" (2006 il) filmində baş qəhrəmanın Ceyran ( Samirə Rüstəmova), musiqili Komediya teatrının 100 illik yubileyində səhnəyə qoyulan, Dahi Üzeyir Hacıbəylinin "Arşın Mal alan" operettasındakı obrazların geyimlərini də mən yaratmışam".
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi üzərinə çəkilmiş filmdə üç qətil hadisəsindən bəhs olunur. Peşəkar müstəntiq Eldar Əfəndiyev (Rövşən İsax) inanır ki, bu qətllərin üstünün açılması bir şifrənin tapılmasından asılıdır. Bankir Vaqif Fətəliyev (Fuad Poladov) öz bağ evində qətlə yetirilir. Araşdırma zamanı bir-birinin ardınca daha iki qətl hadisəsi baş verir və bunlar qatilin tapılmasını daha da çətinləşdirir.
Qeyd edək ki, baş rollarda tanınmış aktyor Fuad Poladov və İlham Hüseynov, Ales Kaçerin oynayıblar. "Aktrisa" filmi üzərində quruluşçu rejissor Rövşən İsax, ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İsax, quruluşçu operator Rövşən Quliyev, bəstəkarlar Vasif Arifoğlu, Nazim Əhmədov, quruluşçu rəssam Mustafa Mustafayev, geyim üzrə rəssam Gülnarə Xəlilova , səs rejissoru Orxan Ağalarov və başqaları işləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB