Tanınmış bəstəkar, dirijor, pedaqoq Əziz Əzizlinin 80 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi xəbərə görə, gecədə AzTv-nin estrada-simfonik orkestrinin müşayiəti ilə əməkdar artist Heydər Anatollu, Vaqif Mustafazadə adına "Sevil" vokal instrumental ansamblı, "Qaya" qrupu, AzTv-nin Cahangir Cahangirov adına xoru, Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xoru və müğənni Aynur İsdgəndərli və başqaları iştirak ediblər.
Qeyd edək ki, yubiley Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri Səsyazma Evi ilə birlikdə Rəşid Behbudov Mahnı Teatrında baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB