Milan Məmmədovun konserti olacaq

Bakıda rok musiqiçi Milan Məmmədovun solo konserti keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsertdə Milan bir çoxları tərəfindən sevilən mahnılarını ifa edəcək. Proqrama musiqiçinin günümüzə qədər buraxdığı müxtəlif albomlardan mahnılar, həmçinin iki tamamilə yeni kompozisiya daxildir.

Nəzərinizə çatdıraq ki, musiqiçinin konserti "Qanadlarım" adlanır.

Qeyd edək ki, Milan Məmmədovun konserti dekabrın 8-i saat 17:00-da Bakı Caz Mərkəzində baş tutacaq. Biletlərin qiyməti isə 10 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə