“Kesa və Morito”

Aqutakava Rünoskenin eyni adlı əsəri əsasında "Kesa və Morito" adlı tamaşa nümayiş olunacaq. Pantomim teatrından SİA-ya verilən məlumata görə, tamaşanın musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyev, rəssam Qurban Məsimov, tamaşanın quruluşçu rejissoru isə Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadədir.

Qeyd edək ki, "Kesa və Morito" tamaşası noyabrın 9-u saat 18:00-da Pantomima Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 5 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə