Əbülfəs Qarayev həmkarı ilə görüşüb

Əbülfəs Qarayev həmkarı ilə görüşüb

Azərbaycanda səfərdə olan Vatikanın mədəniyyət naziri kardinal G.Ravazi ilə mədəniyyət və turizm naziri Ə.Qarayev arasında görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq münasibətləri müzakirə edilib. Ə.Qarayev bildirib ki, ölkəmizin prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən layihələr nəticəsində iki ölkə arasında mədəni əlaqələr yüksələn xətlə inkişaf edir. G.Ravazi ilk öncə Azərbaycan səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan prezidentinin Vatikan ilə əməkdaşlığın inkişafına verdiyi əhəmiyyəti yüksək qiymətləndirdiklərini, həmçinin Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən tədbirlərin iki ölkə arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində olduqca vacib rol oynadığını diqqətə çatdırıb.

Qeyd edək ki, görüşdə konkret layihə və proqramların gələcəkdə bunun əsasında əməkdaşlıq proqramının imzalanması istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə