Miladi: 05 noyabr 2013
Hicri: 01 Məhərrəm 1434
İlin 309-cu günü
İlin sonuna 56 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 06:02
Günəş – 07:13
Zöhr – 12:28
Əsr – 15:37
Məğrib – 17:50
İşa – 19:07
1670 — İngiltərə-İspaniya müharibəsi Madrid sazişinin imzalanması ilə başa çatıb.
1912 — Vudro Vilson ABŞ-ın prezidenti seçilib.
1913 — Böyük Britaniya Kipri işğal etdikdən sonra Fransa ilə birləşərək Osmanlı İmperiyasına müharibə elan edib.
1920 — İşğaldan sonra Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilib.
1930 — Londonda ilk televiziya reklamı nümayiş etdirilib.
1940 — Franklin Delano Ruzvelt ABŞ-ın prezidenti seçilib.
1948 — Azərbaycanlı şair, qəzəlxan Baba Pünhan anadan olub.
1950 — FM stereo dalğasında ilk yayım həyata keçirilib.
1952 — Azərbaycan Respublikasının Macarıstandakı fövqaladə və səlahiyyətli səfiri Vilayət Quliyev anadan olub.
1952 — Duayt Eyzenhauer ABŞ-ın prezidenti seçilib.
1956 — Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulub.
1964 — SSRİ və Türkiyə arasında mədəni əlaqələrə dair saziş imzalanıb.
1968 — Riçard Nikson ABŞ-ın prezidenti seçilib.
1970 — Mülki təyyarə "Concorde 001" səs baryerini keçib.
1979 — ABŞ səfirliyinin tutulmasının ertəsi günü İmam Xomeyni ABŞ-ı ən böyük şeytan adlandırılıb.
1996 — Bill Klinton ABŞ-ın prezidenti seçilib.
1996 — Rusiya prezidenti Boris Yeltsinin ürəyində koronar şuntlama əməliyyatı aparılıb.
2002 — azərbaycanlı aktyor Eldəniz Zeynalov vəfat edib.
2005 — Azərbaycanda parlament seçkiləri keçirilib.
2006 — İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılıb.
2007 — Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana edib.
2008 — Barak Obama ABŞ Prezidenti seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB