Azərbaycan “Uşaq Eurovision-2013” müsabiqəsində iştirak edəcək

Azərbaycan “Uşaq Eurovision-2013” müsabiqəsində iştirak edəcək

Ukraynanın Milli Teleradio Şirkəti (UMTŞ) noyabrın 30-da Kiyevdə keçiriləcək "Uşaq Eurovision-2013" müsabiqəsinin iştirakçısı olan ölkələrin siyahısını bəyan edib.

Bu ilki müsabiqədə San-Marino ilk dəfə çıxış edəcəkdir, Malta və Makedoniya isə müsabiqəyə qayıdırlar.

Müsabiqədə 12 ölkə iştirak edəcəkdir: Azərbaycan, Belarus, Makedoniya, Gürcüstan, Malta, Moldova, Niderland, Rusiya, San-Marino, İsveç, Ukrayna və Ermənistan.

Ukrayna artıq ikinci dəfə bu müsabiqəyə ev sahibliyi edəcək. Müsabiqə "Ukrayna" Milli İncəsənət Sarayında təşkil olunacaq.

"Uşaq Eurovision-2013" müsabiqəsi özündə yeni qabiliyyət axtarmağa və yeni istedadları inkişaf etdirməyə çağıran "Be Creative" ("Yaradıcı ol") devizi altında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə