Vatikanın mədəniyyət naziri Bakıya gəlib

Vatikanın mədəniyyət naziri Bakıya gəlib

Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, Vatikanın mədəniyyət naziri, kardinal Can Franko Ravazi Bakıya gəlib. SİA-nın verdiyi xəbərə görə, C. F. Ravazi səfər çərçivəsində bir sıra rəsmilərlə görüş keçirəcək.

Nəzərinizə çatdıraq ki, Vatikanın mədəniyyət naziri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə də bir araya gələcək.

Qeyd edək ki, Can Franko Ravazi ölkə başçısı İlham Əliyev ilə də görüşü nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə