Bu gün əməkdar artist Tünzalə Ağayevanın ad günüdür. SİA-nın verdiyi xəbərə görə, müğəninin 37 yaşı tamam olur.
Bu münasibətlə əməkdar artisti yaxın rəfiqəsi müğənni Samira Abdullayeva da təbrik edib: "Ad günün mübarək olsun. Sənə can sağlığı, uzun ömür, sevdiklərinlə bir olmağını arzu edirəm. Allah daim sənə xeyirli günlər nəsib etsin. Sənətində uğurlar. Bir daha təbrik edirəm".
Qeyd edək ki, Tünzalə Ağayeva 1976-cı il oktyabrın 21-də Tovuz şəhərində anadan olub. Gəncə şəhərində H.Hüseynli adına musiqi məktəbini bitirib. Məktəbi bitirəndən sonra bir neçə il Tovuz rayonunda musiqi müəlliməsi işləyib. 2001-ci ildə "Bakı payızı" gənc ifaçılar müsabiqəsinin qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyəti ilə məşğuldur. 2002-ci ildə "Türksoy" Beynəlxalq müasbiqənin laureatı, 2003-cü ildə Beynəlxalq "Yalta-2003" müsabiqəsinin Qran-pri mükafatçısı olub. Tünzalə Ağayeva bir dəfə ailəli olub boşanıb. Bir qızı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB