Nazirlik tərəfindən bir sıra hüquqi və fiziki şəxslərə lisenziyalar verilib

Nazirlik tərəfindən bir sıra hüquqi və fiziki şəxslərə lisenziyalar verilib

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2006-ci il tarixli, 273 nömrəli "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qaydalarına əlavələr edilməsi barədə" qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cari ilin sentyabr ayı ərzində aşağıda adları göstərilən hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. Onları SİA oxucularına təqdim edirik:

1. Fiziki şəxs Yusubova Dürdanə Xıdır qızına (hüquqi ünvanı: Bakı şəhəri, Salamzadə küçəsi, ev 36, 06.09.2013-cü il tarixli, qeydiyyat nömrəsi 447, seriya №-si 079631) Bakı şəhəri, Ə. Rəcəbli küçəsi ilə Ak. H. Əliyev küçəsinin kəsişməsində yerləşən "Deluxe Hotel" mehmanxanası üçün;

2. "SVIT" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəh., A. Nəsibov küç., ev 5, 06.09.2013-cü il tarixli, qeydiyyat nömrəsi 452, seriya №-si 079632) Bakı şəhəri, Ə. Rəcəbli - 2 küçəsi, 27 ünvanında yerləşən "Paradise Baku" mehmanxanası üçün;

3. "LA BELLA" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəh., İ. İsmayılov küç., ev 7, mənzil 54, 06.09.2013-cü il tarixli, qeydiyyat nömrəsi 453, seriya №-si 079633) Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 ünvanında yerləşən "RİGS HOTEL" mehmanxanası üçün;

4. "12 İNN" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: (Bakı şəhəri, Füzuli küçəsi, ev 27, mənzil 4, 06.09.2013-cü il tarixli, qeydiyyat nömrəsi 454, seriya №-si 079634) Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 ünvanında yerləşən "12 İNN" mehmanxanası üçün;

5. Fiziki şəxs Əsədov Vəli Həsən oğluna (hüquqi ünvanı: Bakı şəhəri, H. Seyidbəyli küçəsi, ev 28, mənzil 6, 09.09.2013-cü il tarixli, qeydiyyat nömrəsi 455, seriya №-si 079635) Bakı şəhəri, İçərişəhər, Hərbçi küçəsi, 19 ünvanında yerləşən "OLD BAKU" qonaq evi üçün;

6. "Masallı-Mehmanxana" Açıq Səhmdar Cəmiyyətinə (hüquqi ünvanı: Masallı şəh., H. Əliyev pr-ti, ev 18, 10.09.2013-cü il tarixli, qeydiyyat nömrəsi 456, seriya №-si 079636) Masallı şəh., H. Əliyev pr-ti, ev 18 ünvanında yerləşən "Masallı" mehmanxanası üçün;

7. Fiziki şəxs Abdullayeva Təyminə Şamil qızına (hüquqi ünvanı: Bakı şəhəri, Ə. Cavad küçəsi, ev 14, mənzil 12/13, 12.09.2013-cü il tarixli, qeydiyyat nömrəsi 457, seriya №-si 079637) Bakı şəhəri, M. İbrahimov küçəsi, 9 ünvanında yerləşən "Nemi" mehmanxanası üçün;

8. "TURKOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: (Lənkəran şəhəri, Qala Xiyabanı, ev 13, 23.09.2013-cü il tarixli, qeydiyyat nömrəsi 458, seriya №-si 079639) Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən "Palıdlı Sahil" istirahət mərkəzi üçün;
9. "GİLAN" Məhdud Məsuliyyətli Cəmiyyətinə lisenziyanın surəti (hüquqi ünvanı: Bakı şəhəri, Z. Əliyeva prospekti, ev 38, mənzil 7, 12.11.2012-ci il tarixli, qeydiyyat nömrəsi 386, seriya №-ri 079638) Qəbələ şəhəri, 28 may küçəsi, 33 ünvanında yerləşən "Qəbələ" mehmanxanası üçün;

10. "Fəxri-Məmmədli" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Şəki şəhəri, İ. Həmidov küçəsi, ev 5, 25.09.2013-cü il tarixli, qeydiyyat nömrəsi 459, seriya №-si 079640) Şəki şəhəri, S. Mümtaz küçəsində yerləşən "FM Hotel" mehmanxanası üçün.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.1.2. və 5.1.4. bəndlərini rəhbər tutaraq, Mədəniyyət və Turizm Nazirliyinin 05.09.2013-cü il tarixli, 426 nömrəli əmrinə əsasən "Səyahət-A" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Qədirli küçəsi, ev 85 A, 20.02.2009-cu il tarixli, qeydiyyat nömrəsi 230, seriya №-si 036733), "Qəçrəş" Açıq Səhmdar Cəmiyyətinə (hüquqi ünvanı: Quba rayonu, Qəçrəş kəndi, 13.04.2009-cu il tarixli, qeydiyyat nömrəsi 237, seriya №-si 036740) mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziyaların) fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.4.1. bəndini rəhbər tutaraq, Mədəniyyət və Turizm Nazirliyinin 05.09.2013-cü il tarixli, 417 nömrəli əmrinə əsasən "Sultanbud" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, İ. Hidayətzadə küçəsi, ev 6, mənzil 9, 25.12.2008-ci il tarixli, qeydiyyat nömrəsi 226, seriya №-si 036729) mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə