"Mənim ağ göyərçinim" tamaşasının premyerası olacaq. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, tamaşada əməkdar artistlər Rafiq Hüseynov və Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Sona Babayeva və başqaları rol alacaqlar.
Nəzərinizə çatdıraq ki, pyesin müəllifi yazıçı-dramaturq Tamara Vəliyevadır. 1990 -cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş bu iki pərdəli məhəbbət dramının rejissoru Cənnət Səlimovadır.
Qeyd edək ki, "Mənim ağ göyərçinim" tamaşası oktyabrın 12-si saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq. Biletin qiyməti isə 6 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB