“Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi keçiriləcək
Bu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycanfilm"in yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq 30 sentyabr 2013-cü il tarixdə, saat 18:00-da Nizami Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının yubiley gecəsi keçiriləcək.
Nəzərinizə çatdıraq ki, kino tarixini əks etdirən tərtibat verilmiş Kino Mərəzinin qarşısında ötən əsrin 20-ci illərinə aid teatr səhnəcikləri oynanılacaq, yaddaqalan filmlərimizdə vaxtilə istifadə olunmuş geyimlər və rekvizit nümunələri nümayiş etdiriləcək.
Qeyd edək ki, kinostudiyanın bayramında bir çox dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri ilə yanaşı, bir sıra ölkələrdən kino xadimlərinin iştirakı da gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB