"IFTM TOP RESA 2013" turizm sərgisi davam edir FOTO

"IFTM TOP RESA 2013" turizm sərgisi davam edir FOTO

"TOP RESA 2013" sərgisindəki Azərbaycan stendini Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov ziyarət edib. SİA-nın verdiyi xəbərə görə, stendi diqqətlə gözdən keçirən Səfir fransız və ingilis dilində olan materialların keyfiyyətinə fikir verib. Sərgidə ona bütün tanıtım kitablarımız təqdim olunub. Səfir "Bakı" futbol klubunun nümayəndələri ilə də görüşüb. Daha sonra səfir Elçin Əmirbəyov "TOP RESA 2013" sərgisinin direktoru Alaim Baqmaudla bərabər stendimizə yaxınlaşıblar və səfir ona Azərbaycan, onun mədəniyyəti, turizmi, musiqsi haqqında geniş məlumat verib. Müəyyən müzakirələrdən sonra onu Azərbaycana dəvət edib.

Qeyd edək ki, Elçin Əmirbəyov Mədəniyyət və Turizm Nazirliyinin, şirkətlərin təmsilçiləri və "Bakı" FK nümayəndələri ilə birgə xatirə şəkili çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə