1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
Niyazinin ev muzeyində Ümummilli Lider Heydər Əliyevin 90 illiyinə və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Təhlükəsizlik Nazirliyinin nəzdində olan orta ixtisas məktəbinin müəlliməsi Elmira Kərimova, məktəbin şagirləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Mərasimdə Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinə göstərdiyi əvəzsiz xidmətlərindən söz açılıb. Konfransda əsasən maestro Niyazinin və digər dünya şöhrətli musiqiçilərin ifa etdiyi əsərlər orta məktəbin şagirdlərinin ifasında təqdim olunub. Şagirdlərin peşəkarlıqla nümayiş etdikləri əsərlər auditoriya tərəfindən böyük alqışlarla qarşılanıb.
Qeyd edək ki, tədbirin sonunda muzeyin foyesində orta ixtisas məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB