Bu gün Nizami Kino Mərkəzində Azərbaycan Prodüserlər Gildiyasının "Geniş Baxış" ssenari müsabiqəsinin nəticələrinin təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə "Azərbaycanfilm" Kinostudiyasının direktoru və Prodüsserlər Gildiyasının sədri Müşfiq Hətəmov, gənc rejissor Orxan Hüseynov, aktyorlar, media nümayəndələri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Azərbaycanfilm" Kinostudiyasının direktoru və Prodüsserlər Gildiyasının sədri Müşfiq Hətəmov mərasim haqqında ətraflı məlumat verib: "Azərbaycan Prodüserlər Gildiyasının ssenaristləri arasında elan olunmuş "Geniş Baxış" ssenari müsabiqəsi başa çatıb. Azərbaycanda ilk dəfə olaraq qalib ssenarini prodüserlər özləri seçiblər. Şərtlərə görə, müsabiqənin qalibinə Prodüsserlər Gildiyası tərəfindən imkan yaradılaraq film çəkmək şansı verilib. Yarışda iştirak edənlərin işləri Prodüsserlər Gildiyasına üzv olan prodüser mərkəzlərinin rəhbərləri və mütəxəssiləri tərəfindən araşdırılaraq qiymət verilib və yekun rəyə görə, "Adari Films" prodakşın şirkəti "Motivlər" layihəsi ilə qalib olub. "Motivlər" layihəsi 6 rejissorun çəkəcəyi qısametrajlı filmdən ibarət kinoalmanaxdır. Filmləri çəkmək üçün rejissor heyyəti xaricdə yaşayan və kino təhsili alan azərbaycanlılardan seçilib".
Nəzərinizə çatdıraq ki, "Azərbaycanfilm" Kinostudiyasının direktoru və Prodüsserlər Gildiyasının sədri Müşfiq Hətəmov təqdimat mərasimində qalibləri elan edib.
Qeyd edək ki, tədbirdə layihədən qısa hissə nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB