Qaliblər məlum oldu

Azərbaycan Bəstəkarlar ittifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə II Respublika müsabiqəsi keçirilir. SİA-nın məlumatına görə, seçim turunun II mərhələsində böyük yaş qrupunda Babayeva Leyla, Çəfərli Nilufər, Hacıbalayeva Firəngiz, Xəlilova Fidan, Xəlilzadə Səma, Mehdizadə Gülşən, kiçik yaş qrupunda isə Adıgözəlov Əli, Babazadə Səfiyyə. Cəfərova Nəzrin, Əhmədli Firuzə, Quliyev Elvin, Vəliyeva Fatimə növbəti mərhələyə vəsiqə qazanıblar.

Mayın 8-də, saat 17:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında keçiriləcək qala-konsertdə qaliblər elan ediləcək və mükafatandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə