"Xoş arzular"-ın təqdimatı olub

Bu gün Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdi Arzu Abbasova tərəfindən bəstələmiş "Xoş arzular" musiqi əsərləri kitabının təqdimat və müəllifin solo-hesabat konserti keçirilib. SİA xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin müəllim və şagird kollektivi iştirak edib. Konsertdə gənc bəstəkar Arzu Abbasovanın bəstələdiyi musiqilər ifa edilib.

Qeyd edək ki, A. Abbasova Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən 39 saylı musiqi məktəbinin fortepiano ixtisasına daxil olub, 2010-cu ildə məktəbi fərqlənmə diplomu ilə bitirib. 2011-ci ilə isə o Bakı şəhəri G.Şaroyev adına 35 saylı musiqi məktəbinin bəstəkarlıq fakültəsinə daxil olub. "Bahar gəldi", "Yeni gün", "Zarafat" və digər əsərlərin müəllifi olan gənc bəstəkar musiqidə olan uğurlarına görə 50-dən çox diploma, sertifikatlara və fəxri fərmanlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə